Ağız qoxusu və dişlərdəki çürüklər gündəlik həyatınızda narahatlıq yaradan ən ciddi problemlərdən sayılır.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, stomotoloqlar dişlərin çürüməsinə səbəb olan xətaları sadalayıblar.
1. Tez-tez çay və qəhvə içmək. Gün ərzində qəhvə, çay içmək və müxtəlif çərəzlər yemək ağızda turşu yaradan bakteriyaların aktivləşərək dişlərin üzərinə toplaşmasına və onların çürüməsinə səbəb olur. Çay və qəhvə şəkərsiz içilməli, yaxud onların əvəzinə süd, yaxud süd məhsulları qəbul edilməlidir.
2. Siqaret çəkmək. Siqaret çəkmək ağız quruluğundan ağız qoxusuna, dişlərin saralmasına, hətta ağız xərçəngi kimi dəhşətli xəstəliyə də səbəb ola bilər.
3. Diş ipindən istifadə etməmək. Dişləri faydalamaq ağız təmizliyi üçün faydalı deyil. Diş fırçasının təmizləyə bilmədiyi aralar diş ipi ilə təmizlənə bilər.
4. Dişləri fırçalamamaq. Ağız sağlığının ən önəmli göstəricisi dişləri fırçalamaqdır. Diş fırçası 3 aydan bir yenilənməli, dişləri fırçalayarkən fırça quru olmalıdır.
5. Yeməkdən sonra yeyilən desert. Şirniyyatın yeməklə bərabər yeyilməsi diş sağlamlığı üçün faydalıdır.
6. Su içməmək. Yeməkdən sonra diş üçün edilən ən yaxşı şey su, yaxud süd içməkdir. Yeməkdən sonra içilən bir stəkan su yemək qalıqlarını ağızdan uzaqlaşdırır. Süd içmək dişdə kalsiumu artırır.
7. Çətin çeynənən şirniyyatlar. Saqqızdan, yapışqan çirniyyatlardan və meyvə qurusundan mümkün qədər uzaq olun. Əgər bunları yesəniz, dişlərinizi mütləq təmizləyin.
8. Meyvə və göyərti yeməmək. Meyvə və göyərtilərin tərkibindəki vitamin dişlər üçün çox önəmlidir. Xüsusilə alma kimi sərt meyvənin dişlənərək yeyilməsi qabaq dişləri təmizləyir.
9. Şəkərli saqqız çeynəmək. Saqqız çeynəmək adətinizdirsə, onda şəkərsiz saqqıza üstünlük verin. Şəkərsiz saqqız çeynəmək ağız suyunun miqdarını artırır, ağızın təmizlənməsinə və ağızdakı turşu balansına kömək edir.