Azərbaycanda unikal ginekoloji əməliyyat

Hamiləliyin qorunması və dölün sonrakı inkişafını təmin etmək məqsədilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mama-ginekoloqu Aleksandr Barsukovun icra etdiyi miomektomiya əməliyyatı uğurla başa çatıb.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, riskli və unikal ginekoloji əməliyyat nəticəsində dölə mane olmadan bətndən çəkisi 3 kiloqrama yaxın olan mioma xaric edilib və qadın kafi vəziyyətdə evə yazılıb.

 

 

Məlumata görə, hamiləliyin 16-17-ci həftəsində olan 31 yaşlı qadın qarın nahiyəsində şiddətli ağrılarla Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. İlk hamiləliyi olan qadının bətnində USM müayinəsi zamanı nadir rast gəlinən uşaqlığın bir neçə müxtəlif ölçülü mioması aşkar edilib.

 

 

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. İnkişaf etmiş hamiləliyin 38-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı üsulu ilə doğuş həyata keçirilib və çəkisi 3,850 qram olan sağlam qız uşağı dünyaya gəlib. Ananın bətnindən çəkisi 2 kiloqramdan artıq mioma da xaric edilib.

 

 

 

(Visited 76 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir