İqlim dəyişikliyi uşaq ürəyinə təhlükəlidir – XƏBƏRDARLIQ

Elm insanları, anaları hamiləlik zamanı qlobal iqlim dəyişikliyindən qaynaqlanan təsirlərə məruz qalan körpələrin ürək rahatsızlığı ilə doğma riski daşıdığını açıqlayıb.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, nəticələri “Journal of the American Heart Association” jurnalında dərc olunan araşdırmada, qadınların hamiləlik zamanı iqlim dəyişikliyinin təkan verdiyi yüksək temperaturlara məruz qalmaları səbəbindən 2025 və 2035-ci illər arasında çox sayda uşağın ürək rahatsızlığı ilə doğulma riskinin olduğu vurğulanır.

 

Hesablamalara görə, ABŞ-da gələcək 11 ildə təkcə iqlim dəyişikliyi səbəbindən 7 min doğulan uşaqda ürək xəstəliyi ola bilər.

 

ABŞ-da dərc olunan illik “Milli Doğuş Qüsurlarının Qarşısının Alma Cəhdləri” göstəricilərindən istifadə edən tədqiqatçılar, iqlim dəyişikliyinə təsir göstərən amillərin başlıca doğuş qüsurlarına necə təkan verə biləcəyi barədə qərarlar verib.

 

Əvvəlki elmi işlərin iqlim dəyişikliyinin insan sağlamlığında 20-ci əsrdə qeyd edilən irəliləyişi dayandırdığını və əksinə çevirə biləcəyi məsələsində müəyyən proqnozlar verdiyini, ancaq bu vəziyyətin hamiləlik və doğuş qüsurları üzərindəki təsiri mövzusunda aparılan araşdırmaların məhdud qaldığı bildirilib.

 

Açıqlamada “həm hamilələrin sayındakı potensial artım, həm də anaların məruz qaldığı yüksək temperaturlar, iqlim dəyişikliyinin sürətlənməsinin sağlamlığa narahatlıqverici bir təsiri ola biləcəyini göstərir” fikri də yer alıb.

 

(Visited 88 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir