Qız 11 il əvvəl onu xilas edən oğlanla sevgili oldu

Tayvandan olan Lin Syu Fen görüşdüyü oğlan Lian Ji Çenin dəhşətli qəzadan sonra onun xilaskarlarından biri olduğunu biləndə heyrətlənib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 2008-ci ildə, oğlanla tanış olmazdan az əvvəl Lin dəhşətli yol qəzasına düşüb və ona uzunmüddətli müalicə ilə yanaşı, çoxlu qan köçürülməsinə ehtiyac yaranıb. İki il əvvəl cütlük yenicə görüşməyə başlayanda Lin oğlana baş verən hadisə haqda danışıb. Oğlan zarafatla qeyd edib ki, əvvəllər fəal şəkildə qan verib və ola bilsin ki, qızın da həyatını xilas edib.

 

Hər zarafatda zarafat payı var və Linə bu fikir sakitlik verməyib. Qız 11 il əvvəl ona qan verən adamları axtarmaq üçün xəstəxanaya müraciət edib. Donorlardan birinin həqiqətən Lian Ji Çen olduğunu ona xəbər verəndə necə təəccübləndiyini təsəvvür belə etmir.

 

Gənc oğlan əmindir ki, onların arasında telepatik əlaqə var və məhz ümumi qana görə Lin ilə bir-birini yaxşı başa düşürlər.

 

 

(Visited 107 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir