Kişilər siz bunu bilirdiniz? Oxumağınız məsləhətdir

Cinsi zəifliyin müalicəsi – erektil disfunksiya – impotensiya son zamanların ən aktual problemlərindəndir. Sən demə, yaşayış yeri impotensiyanın inkişaf riski ilə birbaşa bağlıdır.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Quançjou Universitetindən olan alimlər müəyyən edə biliblər ki, magistral yolun yaxınlığında yaşamaq kişilərin sağlamlığı üçün mənfi təsir göstərir.

 

Siçanlar üzərində təcrübə göstərir ki, avtomobillərin işlənmiş qazları cinsi orqana qan axınını azaltmaqla impotensiya riski inkişafını artırır. Bundan əlavə, daima çirklənmiş hava ilə nəfəs alan erkəklər seks zamanı tez yorulur, çünki  işlənmiş qazlar ağciyərin həcminə təsir edir.

 

Qeyd edilir ki, işlənmiş qazların kişilərin sağlamlığına təsiri ilk dəfə müəyyən edilib.

 

Daha əvvəl Çinin Honkonq universitetində aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, havanın çirklənmə səviyyəsi yüksək olan rayonlarda yaşamaq spermalara mənfi təsir göstərir.

 

 

 

(Visited 183 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir