Dünyada bir ildə xərçəngdən ölənlərin sayı AÇIQLANDI

2018-ci ildə 9 milyon 600 min insan xərçəngdən ölüb.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

 

Hesabatda qeyd edilir ki, ötən il  dünyada təxminən 18,1 milyon insanda xərçəng xəstəliyi aşkarlanıb. Bu xəstəlikdən ölümlərin təxminən 70 faizi gəliri aşağı və orta ölkələrin payına düşür.

 

Bu dəhşətli xəstəlikdən ölümlərin 30 faizə qədəri artıq çəki, hərəkətsizlik, sağlam qidalanmamaq, siqaret çəkmək və spirtli içki qəbulu üzündən baş verir.

 

Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, ən real risk faktoru siqaretdən və spirtli içkilərdən istifadə edənlərdədir. Xərçəng səbəbindən ölümlərin 22 faizi məhz siqaret çəkməklə əlaqəlidir. Bu səbəbdən xəstəlik kişilər arasında daha çox yayılıb.

 

Hesabata görə, təxminən 1,76 milyon insan ağciyər, 783 min mədə, 782 min qaraciyər, 627 min isə süd vəzisinin xərçəngindən ölüb. Bundan başqa, ötən il 300 min uşaqda xərçəng xəstəliyi aşkarlanıb.

 

(Visited 97 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir