Ürək üçün ən faydalı içki AÇIQLANDI

Həkimlər hər gün niyə bir fincan çay içməyin gərəkli olduğunu deyiblər. Həkimlər eyni zamanda ürəyi sağlam saxlamaq üçün hər gün tərkibində flavonoidlərin yüksək olduğu məhsulları yeməyi məsləhət görürlər.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, avstraliyalı alimlər belə qənaətə gəliblər ki, gündə bir fincan çay içmək ürək-damar xəstəliyi riskini əhəmiyyətli dərəcədə aşağı salır. 23 il davam edən araşdırmada 53 min insan iştirak edib.

 

Təcrübəyə cəlb olunanların təxminən beşdə bir hissəsinin bu və ya digər xəstəliyi, yaxud ürək-damar sisteminin işində pozulmalar olub. Mütəxəssislər həmin insanların rasionu, həyat tərzi və xəstəlik tarixlərini öyrəniblər. Nəticədə onlar belə qənaətə gəliblər ki, kim hər gün heç olmasa bir fincan çay içirsə, az-az ürək-damar xəstəliklərindən, işemiya, iflic, infarkt və ürək çatışmazlığından əziyyət çəkir. Bu xəstəliklər dünyada daha çoxinsanın ölümünə səbəb olur.

 

Həkimlər hesab edirlər ki, çayın şəfaverici təsiri tərkibindəki flavonoidlərdən ibarətdir. Bu bitki antioksidantları insan orqanizmindəki iltihablı proseslərlə çox səmərəli mübarizə aparır. Yaşıl çayın tərkibi antioksidantlarla xüsusilə zəngindir, ancaq fermentləmə sayəsində sağlamlıq üçün digər faydalı xüsusiyyətlərə də malikdir.

 

Alimlər hamıya gündə 500 milliqram flavonoid qəbul etməyi məsləhət görürlər. Bu, təxminən iki fincan çay,  yaxud bir ovuc qaragilədir, onun da tərkibi antioksidantlarla çox zəngindir.

 

 

(Visited 164 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir