Uşaqları intihar oyunundan necə qorumalı? – MƏSLƏHƏTLƏR

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) uşaqların intiharlarla əlaqələndirilən Mavi Balina oyunundan necə qorunacağı barədə valideynlərə 11 maddəlik məsləhət verib.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, dünya miqyasında gənclər arasında intihar halları əlaqələndirilməsindən sonra, UNICEF Mavi Balina oyunundan uşaqların necə qorunacağına yönəlik tövsiyələr hazırlayıb.

 

11 tövsiyə belədir:

 

1. Bir məsələ haqqında doğru məlumat sahibi olmaq çox əhəmiyyətlidir. Mətbuatda çıxan xəbərlərdə bu oyunun son zamanlardakı intihar hadisələrilə əlaqəli olub-olmadığı sübutları açıq şəkildə bildirilmir. Uşağınız yəqin ki, Mavi Balina oyununu mətbuatın bu məsələni intensiv şəkildə gündəmdə saxlaması səbəbilə bilir. Yenə də bu məsələ barəsindəki qeyri-müəyyənlik səbəbindən, uşaqları məlumatlandırmaq və hər hansı bir bədbəxt hadisədən qaçmaq üçün onlarla qarşılıqlı təsirdə qalmaq lazımdır.

 

2. Uşağınızın internet yaşına uyğun saytlara girdiyindən və etik olmayan davranışları, ya da şiddəti dəstəkləyən saytlara daxil olmadığından əmin olun.

 

3. Uşağınızın internetə daxilolmanın ailəylə paylaşılan ortaq sahədəki bir kompüter üzərindən olmasını təmin edin.

 

4. Uşağınızla daha tez-tez danışın. İnternet dünyasını birlikdə kəşf edin və internet üzərindən uyğun davranışların toplandığı fəaliyyətlərdə birlikdə yer alın.

 

5. Uşağınızın istifadə etdiyi bütün elektron alətlərdə valideyn qoruma sisteminin açıq olduğundan əmin olun. Ekrana baxaraq keçirdiyi vaxtı və fəaliyyətlərini müşahidə edin.

 

6. Uşağınıza rol modeli olun. Özünüz də internet vasitəsilə gördüyünüz fəaliyyətlərin fərqində olun.

 

7. Diğər valideynlərlə danışın, narahatlıqlarınız varsa bölüşün və uşaqlarınıza yardımçı olmaq üçün ən yaxşı üsulu birlikdə tapmağa çalışın.

 

8. İnternetdə yayılan yeni cərəyanlar haqqında məlumat sahibi olun.

 

9. Uşağınızın davranışlarını yaxından müşahidə edin. Ruh halında dəyişiklik, rabitədə azalma, iş narazılığı və qiymətlərdə azalma kimi gözlənilməz dəyişikliklər məsələsində tətikdə olun. Əgər bu cür dəyişikliklər görsəniz, internet üzərindəki fəaliyyətlərini yaxından izləyin, məktəb rəsmiləri ilə danışın, ya da bir psixoloqla məsləhətləşin.

 

10. Əgər uşağınızın Mavi Balina oyununu oynadığını fərq etsəniz, dərhal bütün elektron alətlərdən internetə daxilolmanı kəsin.

 

11. Yaşadığınız yerdəki polis rəsmilərinə xəbər verin və bir sonrakı tədbirləri görmək üçün onların tövsiyələrinə müraciət edin.

 

50 gündə 50 tapşırıq

 

Mavi Balina oyunu ilə əlaqəli olduğu ifadə edilən intihar xəbərləri qısa müddətdə dünyanın müxtəlif ölkələrindən gəlməyə başlamış, oyunun yaradıcısı Rusiyada 3 il həbs cəzasına məhkum edilmişdi.

 

Ancaq bu intihar hallarına son qoyulmasını təmin etməyib.

 

Bu oyunda bir şəkildə iştirak edən şəxslərdən, çoxu şiddət ehtiva edən 50 tapşırığı yerinə yetirməsi tələb olunur.

 

50 günlük müddəti əhatə edən bu komandalar arasında dərin olmayacaq şəkildə qol və ayaqların kəsilməsi, müəyyən bir müddət ərzində kimsə ilə danışmamaq, yüksək səsli olaraq musiqi dinlənilməsi kimi mərhələlər yer alır.

 

50-ci günün sonunda isə insana son mərhələ olan “yüksəklikdən ataraq, ya da özünü asaraq” intihar etmə əmri verilir.

 

Mavi Balina adlı oyunda hakim mövqeyində olan şəxslərin, şəxsi məlumatlarını ələ keçirdikləri qurbanlarını şantaj etdiyi və bu şəkildə oyunda qalmağa məcbur etdikləri ifadə edilir.

 

 

(Visited 38 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir