Azərbaycanda doğuş zaman daha bir körpə ölüb.
Medpress.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.
26 yaşlı Aysel Məhərrəmli yanvarın 8-də xəstəxananın doğum şöbəsinə daxil olub. Həkimlərin səyinə baxmayaraq Aysel Məhərrəmli körpəsini dünyaya gətirə bilməyib. Xəstəxananın doğum şöbəsində qeysəriyyə əməliyyatı edilən qadının bətnindən körpə ölü çıxarılıb.