Mənşəyi bilinməyən külli miqdarda ət aşkarlandı – ZAQATALADA

Yanvarın 9-da Daxi İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Zaqatala şəhəri ərazisində reyd keçirib.

 

Medpress.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, şəhər ərazisində yaşayan Knyaz Hüseynovun evinin həyətinə baxış zamanı oradan 84 kiloqram çəkidə mənşəyi məlum olmayan ət aşkar edilib.

 

Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

 

(Visited 37 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir