Yeməyi tələsmədən yemək lazımdır – SƏBƏBİ

Tez yeməyə alışan adamlar, adətən yavaş-yavaş yeyənlərdən daha çox qida qəbul edir və daha çox çəki alırlar. Ona görə sağlam çəkinin saxlanılması üçün bacardıqca yavaş-yavaş yemək və heç nəyə baxmayaraq, yemək prosesindən ayrılmamaq tövsiyə olunur.

 

Medpress.az xarici mətbuata istinadən xəbər verir ki, yavaş-yavaş yeyən insanlar tez doymaq hissi keçirməyə başlayırlar və ümumiyyətlə az yeyirlər. Bu fenomen belə izah olunur: beyinin mədə-bağırsaq sistemi tərəfindən lazımınca siqnallar alması üçün təxminən 20-30 dəqiqə müddət tələb olunur. Əgər insan 5 dəqiqəyə yeyirsə, beyin sadəcə dərk edə bilməz ki, orqanizm artıq boğaza yığılıb və insan bir də yemək istəyir.

 

Alimlər yeməyin növbəti porsiyasını ağzınıza qoymazdan əvvəl 10-na qədər saymağı məsləhət görürlər. Hətta insanın yemək sürətini qiymətləndirən “ağıllı çəngəl” hazırlanıb, əgər insan çox tez yeməyə başlayırsa, onda həmin çəngəl titrəməyə və göz qırpır.

 

Çəkinin artmaması, yaxud hətta arıqlamaq üçün böyük boşqabdan imtina təklif olunur. Boşqab böyük olanda beyin qida porsiyasının həcmini dəyərləndirir və daha çox yemək riski artır. Yemək balaca boşqabda olanda böyük doyma təminatı verəcək, çünki beyin düşünəcək ki, daha çox kalori sərf olunur.

 

Bundan əlavə, yemək zamanı insan televizora, yaxud kitab oxumağa yox, prosesin özünə köklənməlidir.

 

 

(Visited 201 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir