6,7 kiloqramlıq uşaq doğuldu

Texasdan olan Cennifer Medlok dünyanın ən ağır uşağını doğub: Əli doğulanda çəkisi 6,7 kiloqrama yaxən olub. Tesaxdakı Health Arlington Memorial Hospital klinikasının personalı son 30 ildə bu böyüklükdə uşaq görməyib.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, dünyada, əlbəttə, böyük uşaqlar doğulub, amma Əli bu xəstəxanada, yəqin ki, bütün Texasda doğulan ən ağır çəkili uşaqdır.

 

Cenniferin ilk qızı da iri çəkidə doğulub və 4,5 kiloqram olub. O, ikinci övladının da təxminən həmin çəkidə doğulacağını düşünüb, lakin təxminən 2 kiloqram ağır olacağını gözləmirdi.

 

Əli qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib və sonradan intensiv terapiya şöbəsinə yerləşdirilib. Buna səbəb qanındakı qlükoza və trombositlərin normadan ağaşı olmasıdır. Onun vəziyyəti yaxşılaşıb və artıq dekabrın 19-da körpə xəstəxanadan buraxılıb.

 

Qeyd edək ki, Ginnesin rekordlar kitabına əsasən, dünyada ən ağır çəkili uşaq Anna Beyts 1879-cu ildə Kanadada doğulub. Onun çəkisi 10 kiloqram təşkil edib, lakin körpə doğulandan 11 saat sonra ölüb.

 

2005-ci ildə Braziliyada qadın qeysəriyyə əməliyyatı ilə 8 kiloqram çəkisi olan oğlan dünyaya gətirib.

 

(Visited 158 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir