Azərbaycanda 42425 ailəyə birdəfəlik yardım verilib

Bu il dekabrın 19-da Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncamın icrası dekabrın 28-də tam təmin edilib.

 

Medpress.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Sərəncama əsasən, nazirlik dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan 42425 ailənin hər birinə 100 manat məbləğində birdəfəlik yardımın ödənişini həyata keçirib. Birdəfəlik yardım aztəminatlı ailələrin bank hesablarına köçürülüb.

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə birdəfəlik yardım ödənilməsi üçün sərəncam imzalanması dövlət başçısının bu kateqoriyadan olan ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına daha bir qayğısıdır.

 

Bununla yanaşı, aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılması, gəlirlərinin artırılması və kiçik biznes imkanlarına yiyələnmələri üçün də müvafiq işlər aparılır. 2018-ci ildə kiçik ailə təsərrüfatları yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilən 7800 ailədən mini məhz ünvanlı sosial yardım alan ailələrdən ibarətdir.

 

(Visited 37 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir