Maqnit qasırğası zamanı nələri etmək olmaz?

Yer kürəsi güclü maqnit qasırğasının təsiri altındadır. Bu ay insan sağlamlığı üçün təhlükəli olan bir neçə belə vəziyyətlə üzləşəcəyik. Geomaqnit qasırğasının zərərli təsirindən necə yayınmaq olar?

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, kardioloqların məsləhətinə görə, meteohəssas insanlarda maqnit qasırğası zamanı iş qabiliyyətinin aşağı düşməsindən həyəcan yaranır, eləcə də çox tez-tez əhval-ruhiyyə dəyişir.

 

Əgər insanın patologiyası varsa, onda hipertoniya böhranının və beyin iflicinin inkişafı riski artır. Həmiçinin, ürək döyüntüsündə də pozulma baş verir. Maqnit qasırğasının ən mənfi nəticəsi ürəyin dayanması ola bilər.

 

Həkimlər geomaqnit qasırğası günlərində qan təzyiqini və nəbzi daima nəzarətdə saxlamağı məsləhət görür. Bundan əlavə, infraqırmızı şüalar olan ərazilərdə qalmağı minimuma endirmək, elektrik cihazları ilə az təmasda olmaq lazımdır.

 

Geomaqnit qasırğası zamanı fiziki və əsəb yüklənməsini aşağı salmaq, idmançılara isə yarışlarda iştirakdan vaz keçmələri məsləhətdir.

 

 

(Visited 149 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir