İçməli su və xərçəng arasında əlaqə tapıldı

Kaliforniyanın su təchizatı sistemində 15-dən çox xərçəng xəstəliyinə yoluxmaya səbəb olan çirkləndirici maddələr aşkar olunub. Bu barədə Environmental Working Groupun alimlərinin araşdırmasında qeyd edilir.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, söhbət arsen preparatı kimi kimyəvi maddələrdən, altıvalentli xromdan, radumlar və urandan gedir. Bu zaman araşdırma müəlliflərinin ən çox həyəcanına suda arsenin olması səbəb olub.

 

Onların sözlərinə görə, hətta çox aşağı səviyyəsi çox kanserojen sayılır. Alimlər müəyyənləşdiriblər ki, xərçəng xəstəliyinin 47 faizinin səbəbi içməli suyun tərkibində arseinin olmasıdır. Bu dəhşətli xəstəliyin təxminən üçdə birinə içməli su emalının əks effektlilyi, daha 16 faizinə altıvalentli xrom səbəb olur.

 

Tədqiqatçılar yerli sakinlərə içməli suyun təhlükəli çirkləndiricilərdən təmizlənməsi üçün xüsusi sertifikatlaşdırımış təmizləyicilərdən istifadəni tövsiyə edir.

 

 

(Visited 143 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir