Dünyada xərçəng xəstəsi olanların sayı artacaq. Bunu “Şarite” xərçəngi kompleks müalicə mərkəzinin direktoru Ulrix Kaylholts iddia edir.
Medpress.az xarici mətbuata istinadla bildirir ki, onun sözlərinə görə, bu, insanlarının əksəriyyətinin keçirdiyi qeyri-sağlam həyat tərzi ilə bağlıdır. Xərçəng xəstəliyinə yoluxanların üçdə ikisi spirtli içki, artıq çəki və siqaret çəkmək səbəbindən baş verir.
Məsələn, əgər siqaret çəkən kişilərin sayı azalıbsa, ötən əsrin 90-cı illərin axırlarında, bu əsrin əvvəllərində siqaret çəkən qadınların sayı artıb. Ağciyər, sidik kisəsi, boğaz, ağız boşluğunda və siqaret çəkməklə ortaya çıxan digər növ xərçəng xəstəliyinə yoluxma bununla bağlıdır. Leykemiyanın yayılmasının səbəbini isə alimlər hələ ki bilmirlər. Onu da nəzərə almaq lazımdır ki, planetin əhalisi yaşlaşır.
Məlumdur ki, anomal dəyişiklikləri və hüceyrələrin pozulması qocalanda xərçəng riskini artırır. Cavan bədəndə potensial təhlükəli toxumaların götürülməsi ilə kifayət qədər effektli immun sistemi məşğul olur. 80 yaşdan sonra isə immun sisteminin potensialı kifayət qədər azalır, xərçəng riski isə artır.