İnsan üçün daha bir təhlükəli “it qripi” XƏBƏRDARLIĞI

Alimlər insanlar arasında “it qripi”nin  yayılması mümkünlüyünün təhlükəsi haqda xəbərdarlıq edir. Cənubi Koreyanın Koreya Universitetindən olan alimlər 10 illik araşdırma nəticəsini Mikrobiologiya cəmiyyətinin (Belfast, Böyük Britaniya) illik konfransı çərçivəsində təqdim etməyi planlaşdırırlar.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, alimlər bundan əvvəl müəyyənləşdiriblər ki, xalq arasında “quş qripi” kimi tanınan H3N2 mutasiyaya görə itlərə yoluxa bilər. Bu ştamm qripi “it qripi virusu” (Canine Influenza virus, CIV) adını alıb.

 

Bu arada Koreya alimləri müəyyən ediblər ki, itlər “donuz qripi” adlanan H1N1/2009  virusuna yoluxmağa da qabildir. Çünki itlərin orqanizminə H1N1/2009 və H3N2 ştammları genetik səviyyədə qatıla bilər. Nəticədə bu “it qripi” yeni CIV-mv ştammı mutasiya edər.

 

CIVmv-yə yoluxan xəstələrlə təmasda olduqda pişiklərə də keçə bilər, buna görə də həmin ştamm ölümcül təhlükəli olar.

 

Alimlər istisna etmirlər ki, CIVmv insanlar üçün də təhlükəyə çevrilər. Əgər insanların itlərlə sıx təmasda olduğunu nəzərə alsaq, bu təhlükə qaçılmazdır.  

 

Koreya Universitetindən olan mütəxəssislər bu gün “it qripi”nə qarşı vaksin hazırlamaq üzərində işləyirlər.

 

(Visited 91 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir