Azərbaycanda yüzdən çox insan qızılcaya yoluxub

2018-ci ilin dekabr və bu ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda qızılcaya yoluxmada azalma qeydə alınıb.

 

Medpress.az report-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

 

Onun sözlərinə görə, fevral ayında qızılcaya yoluxanların sayında azalma var: “Qızılcaya tutulanların əksəriyyəti yenə də əsasən 20-40 yaş arasında olan şəxslərdir. Onlar vaxtilə peyvənd olunmayıblar. Uşaqlar arasında çox az sayda yoluxma qeydə alınıb. Əgər hansısa uşaq peyvənddən kənarda qalıbsa, onlara peyvəndlərin vurulması təmin edilir”.

 

Afaq Əliyeva bildirib ki, bu ilin yanvar ayı ərzində 51 nəfərin qızılcaya yoluxması (ötən ilin dekabrında 55) təsdiqlənib: “Ümumilikdə isə fevral ayına qədər 106 yoluxma hadisəsi qeydə alınıb”.

 

O, xatırladıb ki, Səhiyyə Nazirliyi 160 min vaksin alınmasını sifariş verib və həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır. Həmin peyvəndlərin kimlərə vurulması ilə bağlı müvafiq əmr imzalandıqdan sonra peyvəndləməyə başlanılcaq.

 

(Visited 55 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir