Qlobal istiləşmə insanları intihara sürükləyir: ARAŞDIRMA

Havanın hərarətinin qlobal dəyişməsi insanların psixologiyasına mənfi təsir göstərə bilər.

 

Medpress.az məlumat verir ki, bununla bağlı Stenford universitetinin alimləri xəbərdarlıq ediblər.

 

Onların sözlərinə görə, il ərzində havanın anomal yüksək hərarəti intiharların sayının artmasına gətirib çıxara bilər. Üstəlik, hərarət intihar riski üçün ən əhəmiyyətli amillərdən biridir.

 

Alimlər bu qənaətə ABŞ və Meksikadakı intiharların statistikasını təhlil edərək gəliblər. Onu bir neçə il hərarət dəyişiklikləri məlumatları ilə müqayisə ediblər. Beləliklə, aylıq hərarətin 1 dərəcə artması ABŞ-da 1968-ci ildən 2004-cü ilədək intiharların göstəricisinin 0,68 faiz yüksəlməsinə səbəb olub.  Meksikada isə bu göstərici 1990-cı ildən 2010-cu ilə qədər 2,1 faiz olub.

 

Alimlərin hesablamasına görə, iqlim dəyişikliyi 2050-ci ildə ABŞ-da əlavə 14020, Meksikada 7460 intihar hadisəsinə səbəb ola bilər.

 

Mütəxəssislər qeyd edirlər ki, beynin mühüm kimya ötürücüləri neyroötürüclər də daxil olmaqla, həm bədənin hərarətinin tənzimlənməsi, həm də psixi sağlamlıq üçün lazımdır. Ola bilsin ki, onlar göstərilən əlaqələr əsasında dayanır.

 

(Visited 226 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir