2019-cu ilin ilk iki ayında Azərbaycanda qeydə alınan ölüm, nikah və boşanma hallarının, eyni zamanda Azərbaycana gələn və gedənlərin sayı açıqlanıb.
Medpress.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında ölkədə 10248 ölüm qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 6,6-dan 6,4-ə enib.
Bundan əlavə, bu ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələridə 8237 nikah və 2718 boşanma qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,1-dən 5,2-yə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.