Uşaqlarda nevroloji xəstəliklərin qarşısı vaxtında alınmalıdır – XƏBƏRDARLIQ

Uşaqlardakı nevroloji xəstəliklər böyüklərdən müəyyən dərəcədə fərqlənir.

 

Medpress.az bildirir ki, bunu jurnalistlərə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

 

Onun sözlərinə görə, əgər yenidoğulma və uşaqlıq dövrlərində rast gəlinən bir sıra nevroloji xəstəliklər vaxtında müalicə olunarsa, onda həm müsbət nəticə əldə etmək mümkün olar, həm də əlilliyin inkişafının qarşısı alınar. Baş pediatrın fikrincə, bura mərkəzi sinir sisteminin hipoksidi, travmatik zədələnmələri, anadangəlmə nevroloji xəstəliklər, neonatal qıcolmalar daxildir. Nəsib Quliyev deyib ki, bu xəstəliklərlə bağlı vaxtında müalicə tədbirləri aparılırsa, o zaman gələcəkdə sağlamlıq imkanlarının pozulması hallarının da qarşısı alınar. 

 

Nəsib Quliyev bildirib ki, 2014-cü ildən başlayaraq davamlı olaraq keçirilən uşaqların məcburi disparenzisasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir.

 

O,  valideynlərə xəbərdarlıq edərək deyib ki, uşaqlıq dövründə bu problemlər aradan qaldırılarsa, cəmiyyətə böyük dəstək verilə bilər: “Zamanında nevroloji xəstəliklərin qarşısı alınmazsa, uşaqlar arasında əlilliyin sayı da kifayət qədər çox olacaq. Odur ki, icbari disparenzasiya vacibdir. Belə ki, körpə doğulan gündən sonrakı müddətdə 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər vaxtında aşkarlansın”.

 

 

(Visited 47 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir