Qarpızın bu faydaları sizi təəccübləndirəcək

Yay giləmeyvələri arasında ən seviləni olan qarpızın faydaları saymaqla bitmir. Damaqları dadlandıran qarpız özəyinə qədər faydalı bir giləmeyvədir. Aşağı kalorili bir giləmeyvə olan qarpız qan təzyiqini tarazlaşdırır, xərçəngə qarşı bir qalxan yaradır. Hər yaşda insanın sevə-sevə yediyi qarpızı niyə bu qədər çox sevdiyinizi bilirdinizmi?

 

Medpress.az xarici mediaya istinadən sizlər üçün qarpızın möcüzəvi faydalarını təqdim edir.

 

Likopeni daha çox istifadə etmək istəyirsinizsə, qarpızın tünd çəhrayı rəngə malik olan hissəsini yeyin.

 

Qarpız və ya qarpız suyunun işləyən əzələlərə oksigen daşıma və əzələ ağrılarını azaltma xüsusiyyəti ilə çıxışı artıraraq, məşq sonrası sağlamlığı sürətləndirə bilir.

 

Dərinizi və saçınızı sağlam saxlamağa kömək edir

 

Tərkibindəki  A və C vitamini dərinizin və saçınızın sağlam olmasına köməkçi olar. C vitamini, saçınız və dərinizin əsası olan kollagen istehsal etmək üçün lazımdır.

 

Həmçinin C vitamini dərinizi UV şüalarından qoruyur, dəri qırışları və günə bağlı yaşlanma ləkələrinin əmələ gəlməsini ləngidir.

 

Bədənin zəhərlərdən təmizlənməsini təmin edir

 

Qarpız bədən sağlamlığında mühüm rol oynayan sitrülin amin turşusundan ibarətdir. Bədənin zəhərlərdən təmizlənməsini təmin etməsi ilə yanaşı, qan damarlarının genişləndirməyə kömək edir və əzələ yaranmasında mühüm rol oynayır.

 

(Visited 270 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir