Bakının havası meteohəssas insanlarda narahatlıq yaradacaq

Dekabrın 19-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın hərarəti Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

 

 

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

 

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

 

Havanın hərarəti gecə 1-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təşkil edəcək.

 

 

Nazirlik xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

 

Azərbaycanın rayonlarında dekabrın 20-si axşam, dekabrın 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

 

 

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 20-21-də Abşeron yarımadasında buludlu və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

 

 

(Visited 25 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir