Naxçıvanda gənc oftalmoloqların konfransı keçiriləcək

Noyabrın 30-da Naxçıvan şəhərində ölkəmizin gənc oftalmoloqlarının iştirakı ilə “Müasir oftalmologiyanin son nailiyyətləri və problemləri” mövzusunda XII elmi-praktik konfransı keçiriləcək.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, konfrans Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə təşkil ediləcək.

 

2006-cı ildən başlayaraq ənənəvi olaraq hər il noyabrın axırıncı həftəsi keçirilən “Gənc oftalmoloqların konfransı” bu il Naxçıvanda təşkil olunur. Tədbirin keçirilməsində məqsəd gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirmək, oftalmologiya sahəsində əldə olunan son uğurlar, yeni müayinə və müalicə üsullarını müzakirə etmək, öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarətdir.

 

Konfransda “Keratokonusda üç mərhələli müalicə metodu”, “Keratoplastikadan sonra ekzimer-lazer cərrahiyyəsi, “Gözün dəlib-keçən yaralanmalarının erkən fəsadlarının retrospektiv analizi”, “Uşaqlarda zəif görmənin reabilitasiyası, “Vision 2020” görmə hüququ proqramı formatında göz travmaları nəticəsində yaranan korluqla mübarizə strategiyası” və “Orbitanın patologiyasında şüa diaqnostika metodlarının əhəmiyyəti” kimi məsələlər müzakirə ediləcək.

 

Konfransda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərlərinin və əməkdaşlarının çıxışları nəzərdə tutulur.

 

(Visited 38 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir