Möcüzə kimi əməliyyat: Başları bitişik olan siam əkizlərini ayırdılar – FOTO

Braziliyalı siam əkizlərini 15 saatlıq əməliyyatla uğurla bir-birindən ayırıblar. İki yaşlı İzabel və İzadora Freytas bacıları bu ölkədə başları bir-birinə bitişik doğulan birinci cütlük olub.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, körpələrin bəxti gətirib. Çünki onların iki ayrı beyni olub. Çox vaxt başları bitişik doğulan əkizlərin bir beyni olur, yaxud onlar öz aralarında birləşirlər. Bu halda isə onları ayırmaq mümkün deyil.

 

Əkizlərlə bağlı problem olduğunu ana Debora UZİ-dən keçəndə öyrənib. O zaman həkim deyib ki, o əkiz qız doğacaq, ancaq onların inkişafında qüsur var, çox güman ki, onlar siam əkizləridir.

 

Sonradan bu təsdiqlənib və qadın qeysəriyyə əməliyyatı vasitəsilə qızlarını dünyaya gətirib. Körpələrin hərəsinin çəkisi 3,5 kiloqram olub və başları bitişik olmalarına baxmayaraq, tam sağlam doğulublar.

 

Ana qızlarının bir-birindən ayrılmasını 18 ay gözləyib. Qızların bir-birindən tamamilə ayrılması üçün 4 hazırlıq əməliyyatı aparmaq lazım olub. Sonuncuda müxtəlif ölkələrin həkimləri iştirak edib. Bu həkimlər buna qədər başları bitişik doğulan 9 əkizi bir-birindən ayırıblar. Bu əməliyyat da uğurlu alınıb və hazırda qızlar sağalmağa doğru gedirlər.

 

Ayrılmış qızları saxlamaq üçün anaya verəndə, o deyib ki, bu əsl möcüzədir və indi uşaqlarının iki ad günü var: birincisi – onları onun dünyaya gətirdiyi, ikincisi – onların bir-birindən ayrıldığı gün.

 

 

 

 

 

(Visited 207 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir