Əkiz qardaşı olan qızların uşaq doğmaq şansı azdır – ARAŞDIRMA

Əkiz qardaşı olan qızların yetkinlik həyatına keçəndə ciddi problemlərlə üzləşə bilmək riski var. Amerikalı və norveçli alimlərin araşdırmasına əsasən, ana bətnində testosteronun təsiri səbəbindən onların məhsuldarlıq və koqnitiv qabiliyyətində problem inkişaf edə bilər.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, alimlərin fikrincə, EKO əməliyyatının yayılma dərəcəsi nəzərə alınmaqla əkizlərin döllənmə şansı artır ki, bu da böyük əhəmiyyət daşıyır.

 

ABŞ-ın Şimal-Qərb universiteti və Norveçin iqtisadi məktəbi bu gün üçün böyük araşdırma aparıblar. Bu zaman 30 ildən çox müxtəlif əkizlərin – qız-qız, qız-oğlan cütlüklərinin həyatı izlənilib. Ümumilikdə Noveçdə 1967-ci ildən 1978-ci ilə qədər doğulan 13 800 əkiz cütlüyün məlumatları təhlil olunub.

 

Məlum olub ki, əkiz qardaşı olan qızların 15 faizinin orta məktəb və demək olar 4 faizinin kollec bitirmək şansı azdır. Bundan başqa, onların arasında doğum əmsalı 6 faiz aşağı olub, nikaha girmək ehtimalı təxminən 12 faizdən az olub.

 

Belə fərqlər hətta əgər əkiz qardaş erkən yaşda öldüyü halda belə qalır. Beləliklə, qadının sonrakı taleyinə tərbiyədəki fərq yox (qız-qız əkiz cütlükləri ilə müqayisədə), ana bətnindəki testosteronun təsiri təsir göstərir.

 

 

(Visited 452 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir