Dünyanın ən yaşlı anası uşaq dünyaya gətirdi

Hindistan sakini 65 yaşında təbii yolla hamilə qalıb uşaq dünyaya gətirməklə dünyanın ən yaşlı anası olub.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, qadının ərinin 80 yaşı var. Maraqlıdır ki, bu cütlüyün ilk övladı 8 il əvvəl doğulub.

 

Həkimlərin sözlərinə görə, ana və yeni doğulan körpə özlərini yaxşı hiss edir, tezliklə onlar xəstəxanadan buraxılacaqlar.

 

“Bu nadir hadisədir. Adətən, Hindistanda qadınların  menapauzası 47 yaşa  yaxınlaşanda gəlir”, – reproduksiya və doğuş üzrə həkim Şabira Sidiki qeyd edib.

 

Bu gün ən yaşlı uşaq doğan qadın Hindistan sakini hesab olunur. O, 2016-cı ildə, 72 yaşında süni mayalanma üsulu ilə oğlan dünyaya gətirib.

 

(Visited 68 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir