Məktəbli özünü öldürdü – BAKIDA

Azərbaycanda son üç gündə iki məktəbli özünü öldürüb. 

 

Medpress.az-ın verdiyi xəbərə görə, Sabunçu rayonu, Kürdəxanı qəsəbə sakini, 15 yaşlı Ə.Quluzadə özünü yaşadığı evdə asıb.

 

Məktəblinin hansı səbəbdən həyatına qəsd etdiyi hələ ki məlum deyil. 

 

Fevralın 9-da Biləsuvar rayonunda da məktəbli intiharı qeydə alınıb. Rayonun Çinarlı kənd sakini, 15 yaşlı Asəf  Həsənov özünü qonşunun bağında ağacdan asaraq öldürüb.

 

İntihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir. Asəf  Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi idi.

 

 

(Visited 132 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir