3 gün əvvəl doğulan uşaq xəstəxanada öldü – BAKIDA

Martın 3-də Bakıdakı xəstəxanada 3 günlük körpə ölüb.

Medpress.az “report”a istinadən xəbər verir ki, hadisə K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunda (OMD kimi tanınır) baş verib.

 

Faktı institutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev təsdiqləyib.

 

Onun sözlərinə görə, Quliyev soyadlı körpə ağır diafraqma yırtığı diaqnozu ilə instituta daxil olub: “Onu əməliyyat etsək də, həyatını xilas etmək mümkün olmadı. Çünki anadangəlmə ağır xəstəliklə doğulmuşdu. Ölkədə ağır vəziyyətdə doğulan körpələr bura gətirilir və onların bəzilərinin həyatını xilas etmək olmur”.

 

 

 

 

 

(Visited 81 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir