Azərbaycan dünyada qızların abortla məhv edildiyi 11 ölkədən biridir – STATİSTİKA

Azərbaycan dünyaya oğlanların qızlardan çox doğulduğu 11 ölkə sıyahısına daxil olub. Amerikanın Milli elmlər akademiyasının jurnalında çap olunan genişmiqysalı araşdırmalara əsasən, selektiv abort nəticəsində dünyada 23 milyon qız dünyaya gəlməyib.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, bu, Belçikada, yaxud Kubada yaşayan əhalidən iki dəfə, həmçinin Danimarka və Finlandiyanın əhalidən 4 dəfə çoxdur. Araşdırma çərçivəsində son 10 ildə bütün dünyadakı doğuş məlumatları təhlil edilib. Müəyyən olunub ki, Azərbaycan, Gürcütan və Ermənistanda səs-küylü  selektiv abortlar keçmiş SSRİ-nin dağılmasından sonra başlayıb, 1991-1992-ci illərdə ümumilikdə doğuşun kəskin azalması müşahidə olunub.

 

Alimlər qeyd edirlər: əgər Gürcüstan nisbər artıq düzəlirsə, Azərbaycanb və Ermənistanda selektiv abort təcrübəsi həmişəki kimi geniş yayılıb. Belə ki, 2017-ci ildə 100 yeni doğulan qıza orta hesablar 112-113 oğlan düşüb.

 

1970-ci ildən 2017-ci ilədək 200-dən çox ölkədə doğuş statistikasını öyrənən amerikalı və sinqapurlu alimlər müəyyənləşdiriblər ki, selektiv abort sayı üzrə lider 11 ölkədir: Çin, Hindistan, Azərbaycan, Albaniya, Ermənistan, Vyetnam, Gürcüstan, Tayvan, Tunis, Çernoqoriya və Cənubi Koreya.

 

Orta hesabla hər yeni doğulan 100 qıza 105-ə yaxın oğlan düşür. Məsələn, 2005-ci ildə Çində 100 yeni doğulan qıza 118, Hindistanda on il əvvəl 111 oğlan düşüb.

 

 

 

(Visited 107 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir