Həftədə 5 kilo arıqladan yumurta pəhrizi – RESEPT

Pəhrizlərin arasında ən sağlıqlısı yumurta pəhrizidir. Həftədə çəkini 5 kiloqram azaltmaq üçün ideal bir pəhriz olduğu qəbul edilən yumurta pəhrizi sağlamlıq baxımından da böyük xeyir verir.

 

Medpress.az xarici mətbuata istinadən  həftədə 5 kiloqram çəki azaldan yumurta pəhrizini təqdim edir. Çəkini azaltmaq üçün möcüzəvi bir üsul yoxdur. Ancaq pəhrizlərlə çəki vermək üçün ilk addımı atardınız. Çəki vermək üçün əhəmiyyətli olan gündəlik aldığınız kalorinin, yandırdığınız kaloridən az olmasıdır. Bəziləri bu pəhriz sayəsində həftədə 5 kiloqram arıqladıqlarını deyirlər. İnanılması çətindir, amma bu pəhriz üçün  ən əhəmiyyətli şey yumurtadır.

 

Niyə yumurta?

 

Yumurta bəsləyicidir. Tərkibində C, B12, B2, A və B5 vitaminləri var. Həmçinin yumurta dəmir, sink, kalsium, kalium və E vitamini baxımından zəngindir. Yumurtanın yağ nisbəti də çox yaxşıdır. 25 faizi tərkibi doymamış, 9.4 faizi çoxlu doymamış və 18.1 faizi doymuş yağdan ibarətdir. Bəziləri yumurtanın xolesterini artırdığı iddia etsə də, bunun reseptdoğru olmadığı daha əvvəl sübut edilib.

 

Soyutma yumurta pəhrizi

 

Bu pəhrizi edirsinizsə, həftədə ən azı bir dəfə idmana getməyiniz lazımdır. Pəhrizə başlayanlar özlərini daha fəal hiss etdiklərini də deyirlər.

 

Bazar ertəsi

 

Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta

 

Günorta yeməyi – Meyvə və 2 dilim çörək

 

Şam yeməyi – Salat və qızardılmış toyuq

 

Çərşənbə axşamı

 

Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta

 

Günorta yeməyi – Yaşıl salat və qızardılmış toyuq

 

Axşam yeməyi – 2 soyutma yumurta, salat və portağal

 

Çərşənbə

 

Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta

 

Günorta yeməyi – Pendir, bir dilim çörək və pomidor

 

Şam yeməyi – Salat və qızardılmış toyuq

 

Cümə axşamı

 

Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta

 

Günorta yeməyi – Meyvə

 

Şam yeməyi – Salat və qızardılmış toyuq

 

Cümə

 

Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta

 

Günorta yeməyi – Pörtülmüş tərəvəz və 2 soyutma yumurta

 

Şam yeməyi – Qızardılmış balıq və salat

 

Şənbə

 

Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta

 

Günorta yeməyi – Meyvə

 

Şam yeməyi – Salat və qızardılmış toyuq

 

Bazar

 

Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta

 

Günorta yeməyi – Pörtülmüş tərəvəz, soyutma  toyuq və pomidor salatı

 

Şam yeməyi – Pörtülmüş tərəvəz

 

 

(Visited 752 times, 2 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir