Gənc qadın 7 uşaq doğdu

İraqın Diyala əyalətində 25 ayşlı qadın 7 uşaq – 6 qız və bir oğlan dünyaya gətirib. Bu, İraq tarixində 7 uşağın doğulduğu ilk hadisədir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, maraqlıdır ki, uşaqlara təbii yolla hamilə qalıb və qadın (adı açıqlanmır) qeysəriyyə əməliyyatı olmadan, təbii üsulla doğuş keçirib. Həkimlərin qiymətləndirməsinə görə, körpələrin çəkiləri nəzərdə tutulandan aşağı olsa da, tamamilə sağlamdırlar.

 

Qadın və körpələr hazırda özlərini yaxşı hiss edir. Cütlüyün buna qədər 3 övladı olub, bundan sonra 10 uşaq böyütməli olacaqlar.

 

“Biz bu qədər çox uşaq sahibi olmağı planlaşdırmırdıq, ancaq Allah onları bizə pay verib, biz də qəbul etmişik”, – körpələrin atası Yusef Fadd söyləyib.

 

Qeyd edək ki, 7 uşağın doğulduğu ilk hadisə 1997-ci ildə ABŞ-da qeydə alınıb və hamısı yaşayıb.

 

(Visited 79 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir