Ötən il Bakıda 600 qüsurlu uşaq doğulub

“2017-ci ildə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı 3 099 müraciət daxil olub”, -APA-nın xəbərinə görə, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva deyib.

İ.Əliyeva bildirib ki, küvəz aparatlarının köməyi ilə paytaxtın doğum evlərində anadan olan azçəkili, ağır qüsurlarla doğulan 600 körpə hospitalizasiya edilib.

Ötən il Bakıda 32 nəfərin kliniki ölümdən həyata qaytarıldığını vurğulayan baş həkimin müavini qeyd edib ki, ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 895 olub: “Bu hadisələr zamanı xəsarət alanların çox hissəsini zədələnmələr təşkil edir. 2017-ci ildə təcili yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib”.

(Visited 46 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir