70 yaşı var, 30 yaşlı xanım kimi görünür: Gözəlliyin və cavan qalmağın sirri

70 yaşlı Kerolin Harts 30 yaşlı qadın fiqurasına malikdir. Dərisi əla vəziyyətdədir, bəli, ümumilikdə bu “nənə”dən sağlamlıq yağır. 

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, Kerolinin sözlərinə görə, o, fiqurasını bir neçə sadə qayda ilə saxlaya bilib.

 

Qadının qidalanmasında rəhbər tutduğu əsas qaydalar bunlardır.

 

Ən başlıcası rasionundan şəkəri tamamilə çıxarmasıdır. Harts artıq 30 ilə yaxındır bu məhsulu qəbul etmir. O, tanınmış jurnallardan birinə müsahibəsində söyləyib: “Mən optimistəm. Hətta mənim payıma ciddi sınaqlar düşəndə, pozitiv qalmağa çalışıram. Mən hər zaman öz -özümə xatırladıram ki, stəkan yarıya qədər doldur”.

 

Qadının əla formada qalmasına düzgün pəhriz və pozitiv əhvalı imkan verir.

 

Bu qəribə qadın nə ilə yaşayır?

 

Kerolin bu gün şəxsi nümunəsi ilə bütün dünyadakı qadınların çoxuna sübut edir ki, yaş və qəşəng fiqura anlayışları bir-birini inkar edən deyil.

 

Qadın indi özünün bloqunu aparır və oradakı üzvlərlə şəkərsiz yemək reseptlərini bölüşür.

 

Harts bundan əlavə, sağlam qida satışı ilə məşğul olan SweetLife brendinin sahibidir.

 

 

(Visited 1. 284 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir