Quru lobya qaz yaratmaması üçün necə bişirilməli?

Bol zülallı, ləzzətli quru lobyanı çox sevir, hətta nə qədər çox yesək də, heç bezmirik. Quru lobya yanında plov və ya turşu olan bir masaya kim oturmaz ki? Quru lobyanın qaz yaratmaması üçün nə etmək lazımdır?

 

Medpress.az xarici mətbuata istinadən bunu sizin diqqətinizə çatdıracaq.

 

Hər gözəl şeyin bir bədəli olduğu kimi quru lobya yeməyin də bir bədəli var, o da qazdır deyə bilərsiniz? Xeyr, əslində belə bir bədəli yoxdur. Quru lobyanın qaz yaratmaması üçün sadəcə bilməyiniz və etməyiniz lazım olan şeylər var. Bunlar nələrdir?

 

“Quru lobya nədən qaz yaradır?”

 

Quru lobyanın tərkibində ürəyimizin həzm etməyəcəyi qədər oligosakkarit var. Oligosakkarit, şəkər maddələridir. Qarnımız və nazik bağırsaqlar oligosakkariti həzm etməz və bu səbəbdən başqa sevdiyimiz quru lobya olmaqla digər bütün paxlakimlər mədədə narahatlıq baş verməsinə səbəb olur.

 

Yaşanılan qaz və mədə narahatlıqlarını həll etmək üçün oligosakkaritleri yoğun bağırsağa çatmadan əvvəl parçalamaq lazımdır. Bunun üçün də istifadə edə biləcəyimiz sehrli vasitələr və üsullar var.

 

Quru lobya yedikdən sonra qaz problemi və mədə sıxılması yaşamamaq üçün bişirmə zamanı bir neçə əsas məsələni diqqətinizə çatdıracağıq. Bu məlumatlardan sonra könül rahatlığı ilə quru lobya yeyə bilərsiniz.

 

1-ci addım

 

Arzuladığınız kimi quru lobya yeməyiniz üçün kiçicik bir detal: Zirə (çətirkimilər fəsiləsinin zirə cinsindən olan ikiillik ot bikisidir). Zirə bağırsaqlarda qaz əmələ gəlməsini əngəlləyəcək və quru lobya yedikdən sonra hiss etdiyiniz narahatlığın qarşısını alacaqdır. Quru lobya pörtələyərkən içinə bir çay qaşığının ucunda zirə əlavə etməyiniz kifayətdir.

 

2-ci addım

 

Zirə yoxdursa, narahat olmayın, kəklikotu da eyni funksiyanı daşıya bilər.

 

3-cü addım

 

Quru lobyanın qaz yaratmasını istəmirsinizsə, bir gecə əvvəldən mütləq isladın. Qaynadarkən də qazana tez-tez nəzarət edərək üzərində toplanan köpükləri daha ərsəyə gəlmədən alın və atın. Çünki o köpüklər qaz əmələ gəlməsində böyük bir amildir.

 

4-cü addım

 

Quru lobyaya karbonat əlavə etməkdə tez-tez istifadə edilən bir üsuldur, ancaq lobyadakı vitamin və mineralların ölməsinə səbəb olur. Yenə də sürətli bir şəkildə lobya bişsin və qazının da yox olmasını istəyirsinizsə, karbonat seçimi edə bilərsiniz.

 

5-ci addım

 

Quru lobyanın qaz yaratmaması üçün son olaraq çiy kartofdan danışaq bir az. Dördə bölünmüş çiy kartofu qazanının içinə atırıq. Quru lobya, noxud, mərci kimi qaz aparan ərzaqlarda bu üsula üstünlük verilir, ancaq bişmə prosesi bitəndə kartofu o saat qazandan çıxarıb atmaq lazımdır. Çünki kartof bütün qazı öz tərkibində toplayacaq və qazanda qalmağa davam edərsə, qaz yenidən quru lobyaya keçəcəkdir.

 

 

 

 

 

(Visited 413 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir