Kartof maskası təbii yağla dərinin əsl xilasedicisidir – RESEPT

Kartof bizim dərimizn xilaskarıdır. Onu yalnız yemək olmaz, həm də sağlam üz üçün istifadə etmək mümkündür. Bundan əlavə, kartof dərinin parlaqlığı üçün ən yaxşı vasitədir. Effektliyinə görə xiyar və cəfəridən geri qalmır.

 

Medpress.az xarici mediaya istinadən evdəki gözəllik maskasının reseptləri kolleksiyasına dərinin yenilənməsi üçün kartof, süd və təbii yağlardan ibarət resept hazırlamaq qaydasını təqdim edir:

 

Zəruri inqrediyentlər:

 

Bir böyük olmayan kartof;

 

Bir çay qaşığı zeytun yağı;

 

Bir çay qaşığı badam yağı;

 

İki çay qaşığı süd, yaxud yağsız kulinariya qaymağı.

 

Kartofu bişirin, sonra qabığını təmizləyin və çəngəllə yaxşı ovun. Alınan püreyə yağ və süd (qaymaq) əlavə edin. Hamısını yaxşı qarışdırın.

 

Qarışığı makiyajdan təmizlənən dəriyə çəkin, 10 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Yuyunmaq üçün kosmetik vasitədən, eləcə də prosedurdan sonra kremdən istifadə etmək lazım deyil.

 

Maskanı bir ay boyunca həftədə heç olmasa iki dəfə edin, nəticə özünü çox gözlətməyəcək. Xoş prosedurlar və xoş əhval-ruhiyyə.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir