Havanın dəyişəcəyi XƏBƏRDARLIĞI: Bakıda güclü külək gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

 

Medpress.az-a nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq, 25-də isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-yə çatacaq.

 

Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.

 

Sabah isə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz oluanacq.

 

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək.

 

(Visited 176 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir