Zərgərlik əşyaları qadınların xarakterindən xəbər verir

Gözəl xanımların bər-bəzəyi sevdiyi haqda həmişə danışırıq, bəli, onlar özləri də bunu inkar etmirlər. Ancaq hər qadının zərgərlik əşyalarına münasibəti fərqlidir. Bəziləri sevimli üzüyünü barmağına taxmadığına görə bütün günü narahat olur, digərləri üçün bu, heç nə demək deyil. Niyə belə olur? Bu, hansısa xarakter əlamətidirmi? Zəif cinsin nümayəndələrinin əksəriyyəti zərgərlik əşyalarının onların daxili aləmi haqda ətrafa böyük həcmdə informasiya verdiyini düşünmürlər.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, hər bir qadın cəlbedici görünməyə can atır. Bəzək əşyaları həmişə görünən olduğundan, onlar xanımın şəxsiyyəti barədə daha ətraflı və aydın məlumat verir.

 

Məsələn, brilyantlar həm də xanımların “ən yaxşı” dostu adlanırlar. Əgər qadının qulağında kiçik sırğa-qərənfillər görünürsə, onları bu daşdan olan üzük tamamlayırsa, deməli, o xanım kifayət qədər balanslı və özünə güvənlidir.

 

Amma əgər üzük və asma sırğaya böyük kristallar daxil edilibsə, bu o deməkdir ki, həmin bəzək əşyalarının sahibi son dərəcə ambisiyalıdır və öz-özünə yüksək qiymət verməyi bacarır. Kreativ qızlarda MESSIKA Move Addiction sırğaları böyük populyarlığa malikdir.

 

Qadın əgər fərdi rəsmlər üzrə hazırlanan zərgərlik emalatxanasına getməyi tələb edirsə, bu xanımın incə təbiətli və bənzərsizliyi deməkdir.  Axı onun zövqünü zərgərlik mağazalarındakı kifayət qədər müxtəlif  kolleksiyalar təmin edə bilməz.

 

Qadının bədənindəki bəzək əşyaları barədə çox şeylər demək olar, ancaq xüsusi söhbət üzüklə bağlı olacaq. Xanım nişan üzüyünü barmağından çıxarmırsa, hər şeydən əvvəl, nikahı xoşbəxtlik gətirib və həyat yoldaşına çox hörmət edir. Əgər onun orta barmağındakı üzük ağır daşla bəzədilibsə, deməli o, kifayət qədər vəfasızdır, şöhrətpərəstdir və hətta bir az dəlisovdur. Üzük böyük və orijinal deyilsə, deməli, xanım kifayət qədər özünə əmindir və ətrafdakılardan da hörmət tələb edəcək.

 

Çeçələ barmağına üzük taxanlar şıltaq xanımlardır. Belə xanımlar ətrafdakılara göstərmək istəyirlər ki, onlar hamı kimi deyillər. Belə qadınla nə haqdasa razılaşmaq çox çətindir, axı onlar hətta düz etmədiklərinə əmin olsalar belə, həmişə öz fikirlərində qalacaqlar.

 

Bəzək əşyalarını, ümumuiyyətlə, gəzdirməyən xanımlar haqda nə demək olar? Ola bilsin ki, həmin xanımlar onların fikrincə, bahalı daş-qaşla deyil, şəxsi keyfiyyətlərinə görə qəbul edilməlidirlər.

 

(Visited 121 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir