Seks bu xəstəliyi müalicə edəcək: İran alimləri

Ot qızdırmasından əziyyət çəkənlər üçün yaxşı xəbər.  Xoşagəlməz əlamətlərdən sevindirici üsulla qurtulmaq olar.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, Təbriz tibb universitetindən olan alimlərin araşdırmasına əsasən, sekslə məşğul olmaq tozlara qarşı allergik reaksiyaları nəzərəçarpacaq dərəcədə zəiflədə bilər. Doğrudur, lakin bir “amması” var: bu cür qeyri-adi müalicə üsulu yalnız kişilər üçün effektlidir. Alimlər izah edirlər ki, “müalicə effekti”nə eyakulyasiya yolu ilə nail olunur (yəni toxum mayenin ayrılması ilə).

 

Ot qızdırması (pollinoz) – mösümi xəstəlikdir, bitki tozcukları allergik reaksiyaya səbəb olur. Onun əlamətləri arasında zökəm, göz qızartısı (konyunktivit), dermatit, yorğunluq, əsəbilik, boğaz qıcıqlanması, öskürək də var.

 

(Visited 871 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir