Çörəkdə təhlükəli maddə aşkar olundu

Alimlər aydınlaşdırıblar ki, çörəyin tərkibində olan maddə hormonların yüksək səviyyəsinə, piylənmə və diabetin inkişafına gətirib çıxara bilər.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, bu, Harvard universitetinin ictimai sağlamlıq məktəbinin araşdırmasının nəticəsində əldə edilib. Qeyd edilir ki, çörək-bulka məmulatlarında tapılan maddə propionat adlanır. Propianat kalsium (E282) və propionat natrium (E281) əlavələri çörəkçilik istehsalı sahəsində kifin meydana gəlməsinin qarşısını almaq üçün qoruyucu maddə kimi istifadə olunur.

 

Propionatın zərərli olduğunu sübut etmək üçün alimlər genişmiqyaslı araçdırma aparıblar, həmçinin siçanlar və insanlar üzərində təcrübələr keçirilib.

        

Siçanlar üzərində keçirilən təcrübə zamanı yeridilən maddədən sonra heyvanların sinir sistemi kəskin fəallaşıb və hormonların səviyyəsi yüksəlib. Bu zaman hormonlar qaraciyərin düzgün işləməməsinə səbəb olub: onun hüceyrələri daha çox qlükoza istehsal etməyə başlayıblar ki, bu da diabet hipergliseminin ilk əlamətinin yaranmasına gətirib çıxarır. Bundan əlavə, siçanlarda əhəmiyyətli bir kilo artımı müşahidə olunub..

 

İkinci araşdırmada 14 sağlam insan iştirak edib. Onlar iki qrupa bölünüb: birincidəkilər tərkibində bir qram propionat olan, ikincilər isə plasebo ilə yeməklə qidalanıblar. Nəticədə birinci qrupdakılarda hormonların səviyyəsinin yüksəlməsi müşahidə olunub ki, bu da insan orqanizmində metabolik pozuntular doğurur.

 

 

(Visited 142 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir