Sabah Bakıda 21, rayonlarda 24 dərəcə isti gözlənilir – PROQNOZ

Aprelin 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu , nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq.

 

Azərbaycanın rayonlarının əksəriyyətində hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

 

 

(Visited 5 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir