Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub.
Medpress.az Dövlət Statistika Komitəsində istinadən bildirir ki, 2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülən 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.
Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 14 uşaq övladlığa götürüb ki, onların da 4-ü qızdır.
2018-ci ildə Azərbaycan məhkəmələrində ləğv edilən övladlığa götürülmə barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.