3 ayda 7 ana ölümü…

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib. Bu barədə Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib.

Həkim qeyd edib ki, Bakıda 3, bölgələrdə 4 ölüm halı olub. Bu hallara görə 12 nəfərə töhmət verilib, 1 nəfər həbs edilib.

S.Məmmədova qeyd edib ki, 2017-ci ildə 20 ana ölümü faktı qeydə alınıb, 50-dən çox tibb işçisi barəsində inzibati tənbeh tədbiri görülüb.

Qeyd edək ki, bu gün Respublika Perinatal Mərkəzində “Mamalıqda ölümlə nəticələnməyən ağır halların təhlillərinin keyfiyyətini artırmaq və bu təcrübəni geniş miqyasda tətbiq etmək” mövzusunda seminar keçirilir. AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Dünya Səhiyyə Təşkilatı, BMT-nin Əhali Fondunun və respublikanın müxtəlif səhiyyə ocaqlarının nümayəndələri iştirak edirlər.

(Visited 93 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir