Bu ölkədə qadınlara styüardessa işləməyə icazə verildi

Səudiyyə Ərəbistanında ilk qadın styüardessalar büdcədən maliyyələşən Flynas hava şirkətinə məxsus təyyarələrin göyərtəsində yanvar ayından işə başlayacaqlar.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, Flynasdan verilən açıqlamaya görə, səudiyyəli styüardessa xanımların ilk qrupu hava şirkətinin hazırlıq kurslarını başa vurublar və bu ay ərzində işləyəcəklər. Flynas iki il müddətində Səudiyyə Ərəbistanın vətəndaşları arasından 300 styüarder və styüardessa hazırlamaq niyyətindədir.

 

Hava şirkətinin açıqlamasında qeyd edilir ki, styüardessa formaları səudiyyə adət-ənənələrinə cavab verəcək. Bu mövqedə işləməyə iddialılar beynəlxalq aviasiya standartlarına uyğun olaraq orta məktəbi bitirməli, ingilis dilini bilməli və müvafiq çəkiyə boya malik olmalıdırlar.

 

2018-ci ildə Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə sürücülük vəsiqəsi əldə edərək avtomobil sükanı arxasında oturmağa razılıq verilib.

 

(Visited 60 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir