Özünü öldürməyə cəhd edən qadın öz xilaskarı ilə qarşılaşdı

London sakini ilk dəfə təxminən bir il əvvəl onu intihardan qoruyan kişi ilə görüşüb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Liv Pontin 2017-ci il martın 27-də dəmir yolu relsinin üzərində olanda qatar maşinisti Con onu görüb, bir neçə xəbərdarlıq siqnalı verib və qadını qorxudub.

 

Hadisə Conun yeni işə çıxmasının ikinci günü qeydə alınıb. O, sərnişin qatarını tərk edərək 10 dəqiqə ərzində Pontini sakitləşdirib və onu dinləyib. O, qadına deyib ki, nə zmansa yanğınsöndürən işləyib və dəhşətli faciələrin şahidi olub. Pontinə əzabverici fikirlərindən yayındıran maşinist öz oğlu haqqında da danışıb.

 

“Həmin gecə məndə emosional böhran yaranmışdı, ancaq bu adam mənim həyatımı xilas etdi”, – Pontin fikirlərini bölüşüb. Onun sözlərinə görə, uzun müddət iş tapmayıb və demək olar hər şeydən əlini üzüb.

 

Pontin həmin gün vağzala yollanaraq qatarın maşinistinə məktub yazaraq bağışlanmasını xahiş edib və yazıb ki, “ona qarşı kin saxlamasın”.

 

Xilasetmədən sonrakı ilk görüş Bedford dəmir yolu platformasında keçirilib. Con qadını yenidən gördüyünə görə şad olub. “Mən sənin özünü tapdığına görə elə xoşbəxtəm ”, – o, görüş zamanı söyləyib.

 

Onlar on dəqiqəyə yaxın söhbətləşiblər, Pontinin keçmiş və indiki ruhi vəziyyətini, qadının üzləşdiyi çətinlikləri müzakirə ediblər.

 

 

(Visited 74 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir