Hansı yaşa qədər arıqlamaq daha asandır? – ARAŞDIRMA

40 yaşdan sonra arıqlamaq cavanlıqda olduğundan qismən çətindir. Ancaq Ueyk-Forest Universitetinin alimlərinin hazırladığı xüsusi pəhriz məhz yaşlı vaxtda çəkinin azaldılmasına istiqamətlənib. Söhbət zülal məhsulları və tərəvəzdən ibarət aşağı kalorili rasiondan gedir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, alimlərin təklif etdiyi pəhrizlə yaşları 65-ə qədər olan 96 könüllü sınaqdan keçirib. Alimlər bütün könüllülərin yağ, sümük və əzələ toxumalarının həcmlərini qiymətləndirib. Məqsəd bütün insanlarda çəkinin azaldılması olub. Məlumdur ki, ahıl yaşda sərt pəhrizlər və arıqlamaq əzələ və sümük yağlarında itkiyə səbəb olur, yağ parçası isə demək olar azalmır.

 

Könüllüləri iki qrupa ayırıblar. Birinci qrupa ət və tərəvəzdən aşağı kalorili rasion, ikinci qrupa standart dörd birdəfəlik qida verilib.

 

Eksperimentin sonunda alimlər yenidən könüllülərin bədən vəziyyətini qiymətləndiriblər. Məlum olub ki, birinci qrupdan olan insanlar 8 kiloqram yağ itiriblər, ancaq öz sümük və əzələlərini yaxşı vəziyyətdə saxlayıblar. İkinci qrupdakıların isə göstəriciləri dəyişməyib.

 

(Visited 90 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir