Arıqlamağın yeni üsulu tapıldı

Amerikalı alimlər mədəni aldatmağı təklif edirlər. Mütəxəssislər yalançı doyma hissi bəxş edəcək hidrojel hazırlayıblar. ABŞ-ın Səhiyyə Nazirliyi artıq yeniliyi təsdiqləyib.

 

Medpress.az-ın xarici mətbuaya istinadən verdiyi xəbərə görə, preparatın tərkibi kifayət qədər neytraldır: limon turşusu, selüloz, jelatin qabığı. Mədəyə daxil olan bu komponentlər həmin hidrojeli yaradır və mədənin 25 faizini doldurur. 

 

Bu yeniliyin 436 insan üzərində testi keçirilib. Müəyyən olunub ki, iştirakçıların 59 faizinin çəkisi yarım illik terapiyadan sonra 5 faiz azalıb.

 

Alimlər iddia edirlər ki, onun təsiri təhlükəsizdir. Selülöz bədən tullantıları ilə birlikdə atılır. Dərmanı yeməkdən əvvəl qəbul etmək və kifayət qədər çox maye içmək məsləhət görülür.

 

Alimlərin vədinə görə, artıq bu il hidrojelin köməyi ilə arıqlamaq mümkün olacaq. Ancaq yalnız həkimlərtin resepti ilə satılacaq.

 

(Visited 152 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir