Ət və şərab: 100 yaşlı kişinin uzunömürlüyünün səbəbi

Britaniyanın Bakinqemşir qraflığında yaşayan Artur Qrisburk yaxınlarda 100 ilik yubileyini qeyd edib. Maraqlıdır ki, bütün həyatı boyu istənilən diyetoloqun tənqid etdiyi öz pəhrizini saxlayıb: ən yaşlı britaniyalıdan biri kimi əti, sosiskanı və yumurtanı çox sevir, eləcə də demək olar hər gün iki qədəh qırmızı şərab içir. Onun sözlərinə görə, bu pəhriz səbəbindən öz ömrünü yaşayıb və ona çox yaxşı emosiyalar verir.

 

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, cənab Qrisburk yaşlı olmasına baxmayaraq, kifayət qədər fəal və gümrahdır, özü alış-verişə gedir, yemək hazırlayır. O, eyni zamanda evdə sərbəst işləyir, bəzən dostları ilə görüşür. Qrisburk dəlicəsinə hobbisinə də bağlıdır – orqanda ifa edir.

 

Britaniyalı uzunömürlülüyünün və fəallığını təminatçısını “pəhrizini” hesab edir. Onun dediyinə görə, nə istəyirsə, onu yeyir. Ən sevimli ərzağının sosiska, yumurta, təzə çörək və pomidor olduğunu bildirir.

 

“Pensiyaya çıxanda həkim dedi ki, bu menyü ilə ehtiyatlı olmaq və daha sağlam qidalanmaq lazımdır. Anaq qərara gəldim ki, həyatımdan və qidadan zövq alacağam – bundan yalnız uduşum oldu”, – Qrisburk söyləyib.

 

O, sağlamlığının gəncliyindəki kimi olmadığını etiraf etsə də, 100 yaşlı britanilyalının ciddi sapmaları yoxdur.

 

 

(Visited 201 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir