Qadınların xoşuna hansı kişilər gəlir? – ARAŞDIRMA

Psixoloqlar müəyyənləşdiriblər ki, qadınlar güclü cinsin çox ağıllı və həddən ziyadə ünsiyyətcil nümayəndələrindən qorxurlar.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, avstraliyalı psixoloqlar Jil Jinyak və Klar Starbak apardıqları araşdırmanın gedişində hansı kişilərin qadınların xoşuna gəldiyini müyyənləşdiriblər. Məlum olub ki, onlar güclü cinsin həddən ziyadə ünsiyyətcil və çox ağıllı nümayəndələrindən qorxurlar.

 

Tədqiqatçıların sorğusunda orta yaşları 19 olan 214 tələbə iştirak edib. Psixoloqlar qızlardan kişilərdə hansı keyfiyyəti – ağılı, xeyirxahlığı, mehribanlığı, gözəlliyi qiymətləndirdiklərini soruşublar.

 

Məsələlər bu şəkildə formalaşdırılıb: əvvəlcə respondentlərdən onlardan ötrü 1, 10, 25, 50, 75, 90 və 99 faiz  keyfiyyətdə hansı tərəfdaşın nə qədər cəlbedici olub-olmadığı soruşulub.

 

Rəyi soruşulanlar tərəfdaşının cəlbediciliyini 1-dən 6 bal arasında göstərməli olublar. Qızların əksəriyyəti qeyd ediblər ki, intellekt və ünsiyyətdə sadəlik – bu tərəfdaşın ən yaxşı keyfiyyətidir. Lakin həddən ağıllı və  çox ünsiyyətcil kişilər az tələbatlı olublar.

 

Əvvəllər ailə psixoloqu Kristina D. Kurnos xoşbəxt nikahın sirri haqda danışıb: emosiyalar müsbət olanda ərlə arvad bir-birinin emosiyalarını daha yaxşı hiss edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir