Tam bir şəfa mənbəyi: qaraciyəri və böyrəkləri təmizləyir

Əzgil dünyanın bir çox bölgəsində yetişən bir meyvədir. İlk olaraq Yaponiyada ortaya çıxan, oradan da dünyanın bir çox bölgəsinə yayılan əzgilin sağlamlıq baxımından müxtəlif  faydaları var. Əzgilin faydaları piştaxtalardakı yerini alması ilə birlikdə diqqət çəkməyə başlayıb.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, xalq arasında “gəlin boğan” meyvəsi adlandırılan əzgilin faydaları ilə maraqlanırsınızsa, sizlər üçün araşdırdığımız məlumatlarla tanış ola bilərsiniz.

 

Əzgil nədir?

 

Əzgil ağacın yerləşdiyi iqlim şərtlərinə görə forma və dad olaraq dəyişir. Bəzi regionda qırmızı, bəzi regionda isə qəhvəyi kimi qarşımıza çıxır. İçərisində bol miqdarda çərdəyi olan əzgil yeyəndə ağızda büzücü bir dad qoyur. Ancaq yetişməyə başlayanda daha şirindir və istifadəsi daha asandır.

 

Əzgil meyvəsinin ağacı 2-3 metr hündürlükdə olur. Əsasən kontinental iqlimlərdə böyüyür. Əzgil meyvəsi kənd və sərt hava şəraitinin olduğu iqlimləri sevir. Əzgil bir çox fərqli növdə istifadə edilir. Əzgil sirkəsinə, əzgil mürəbbəsinə, adətən ev xanımları ən çox üstünlük verir.

 

Əzgil immuniteti artıran, viruslara qarşı döyüşən və tənəffüs sistemini qoruyan mükəmməl bir qış meyvəsidir. Əzgil eyni zamanda təbii afrodizyak olaraq qəbul edilir.

 

Əzgilin faydaları geniş səpkidə araşdırılıb. Əzgil infaydalarını bilmirsinizsə və kifayət qədər məlumat sahibi olmaq üçün xəbərin detallarını diqqətlə oxuyun.

 

Diş əti xəstəliklərinin qarşısını alır

 

Əzgil içərisində olan bol miqdarda C vitamini sayəsində diş və diş əti xəstəliklərindən qoruyur.

 

Qəbizliyi aradan qaldırır

 

Əzgilin içərisində bol miqdarda lif vardır. Qəbizlikdən əziyyət çəkirsinizsə, bol miqdarda əzgil yeməlisiniz. İçərisində olan liflər qısa müddət içərisində qəbizliyin aradan qaldırılmasını təmin edəcək.

 

Qaraciyəri təmizləyir

 

Əzgil içərisində yer alan bitki lifləri, qandakı yaxşı və pis xolesterin səviyyələrini tənzimləyir. Bundan başqa, böyrəkləri və qara ciyəri təsirli bir şəkildə təmizləyir.

 

Baş hərlənməsinin qarşısını alır

 

Əzgil baş hərlənməsini və bayılmanı aradan qaldırmağa yardımçı olur. Görmə imkanını yaxşılaşdırmağa kömək edir.

 

Xərçəngdən qoruyur

 

Tərkibindəki yüksək antioksidant miqdarına görə əzgil xərçəng, katarakt, diabet kimi xəstəliklərdən qorumağa yardımçı olur. Həmçinin hər gün 7 ədəd yeyilən əzgil meyvəsi beyin hüceyrələrini yaddaş itkisindən və digər nevroloji xəstəliklərdən qoruyur.

 

Əzgil siropu öskürəyi müalicə edir. Əzgil çayı bir bəlğəm gətirən kimi istifadə edilir. Bundan başqa, əzgil yarpağı anjin simptomlarını əhəmiyyətli dərəcədə azaldır.

 

Əzgil yarpaqlarından hazırlanan çay xərçəngi provokasiya edən bir toksin addımını təşviq edir. Əzgil çayı ağciyər xərçəngi, aöız xərçəngi və kolon xərçənginin qarşısının alınması üçün istifadə edilə bilər.

 

Əzgil çayı necə hazırlanır?

 

Əzgilin yarpaqları qaynadılaraq içiləndə və ya meyvəsi orqanizmdə olan toksinlərdən qısa müddət içərisində xilas olmağa kömək edir.

 

 Məhsullar:

 

 Bir ovuc əzgil

 

 Bir litr su

 

 Bir miqdar bal

 

Əvvəlcə bir litr suyun içinə bir ovuc əzgil əlavə edək. Bir az qaynadıb süzdükdən sonra içinə bir çay qaşığı bal əlavə edib içək. Olduqca təsirli olan əzgil çayı gündə üç dəfə bir stəkan içilməlidir.

 

Kilo vermək üçün ideal qarışıqlar arasında olan əzgil çayı yağların əriməsini də təmin edəcəkdir.

 

(Visited 429 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir